1 sentyabr 2016 18:00
Elnur Cəfərov: Mənim üçün əsas oynamaqdır
Azərbaycanın gənclərdən ibarət yığmasının hücumçusu Elnur Cəfərov Xorvatiyanın "Duqopolye" klubuna transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir illik müqavilə imzaladım. Düzdür, Xorvatiyanın ikinci liqa (Azərbaycan birinci divizionunun analoqu) təmsilçisidir. Amma mənim üçün əsas oynamaqdır. Oynamaq və artırmaq istəyirəm".
