1 sentyabr 2016 17:00
Qəbələnin rəqibi serbiyalı müdafiəçi aldı
Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Belçikanın "Anderlext" klubu heyətinə yeni futbolçu qatıb. Azerisport.az xəbər verir ki, belçikalılar serbiyalı müdafiəçi Uroş Spahiçlə anlaşıblar.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Spahiç Fransanın "Tuluza" klubundan transfer olunub.
