1 sentyabr 2016 13:40
Zirə yeni transferləri sifariş etdi, Qarabağla Qəbələ yox
"Zirə" yeni transferlərini - Sezar Meza Kolli ilə Cavid Tağıyevi Premyer Liqanın yeni mövsümü üçün Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib. Azerisport.az xəbər verir ki, transfer pəncərəsinin son günündə yeni transferlər edən "Qarabağ"la "Qəbələ" isə hələ onları sifariş etməyib.
Qeyd edək ki, "Qəbələ" ötən gün Ruslan Qurbanovla Petar Franyiçi, "Qarabağ" isə Boyan Şaranovu heyətinə qatıb.
PFL-dən verilən məlumata görə, transferləri rəsmiləşən futbolçuların qeydiyyatını istənilən vaxt sifariş olunmasında problem yoxdur.
