1 sentyabr 2016 12:20
Abdullayevin Rumıniya klubuna keçidi baş tutmaya bilər
Azərbaycan yığmasının və "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayevin Rumıniyanın "Astra" klubuna keçidi baş tutmaya bilər. Azerisport.az xəbər verir ki, buna səbəb sözügedən klubda maliyyə problemlərinin yaranmasıdır.
Buna görə də futbolçumuz qərar verməyə tələsmir.
Qeyd edək ki, Arazın "Astra"ya keçidinə millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirəcəyi səfər oyunundan sonra aydınlıq gələcək.
