1 sentyabr 2016 01:00

Ruslan Qurbanov Neftçini tərk etməsinin səbəblərini açıqladı

Azərbaycan millisinin hücumçusu Ruslan Qurbanov gözlənilmədən "Neftçi"ni "Qəbələ"yə dəyişməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı statusda bunları qeyd edib:

"Qəbələ"yə keçidimə görə məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Elə dəstəkləməyənlərə də. "Neftçi" fanatlarına da minnətdaram: siz həmişə mənim ürəyimdə qalacaqsınız. "Neftçi"dəki vəziyyətim çox çətin idi, hansı ki, bu haqda danışmaq istəmirəm. Sadəcə, hər kəsin məni anlayacağını düşünürəm. Mənə qarşı düzgün davranmadılar, it kimi münasibət bəsləyirdilər. Bu da sonluğun belə alınmasına gətirib çıxardı. Buna görə də "Qəbələ"yə keçdim. "Neftçi"nin Müşahidə Şurasına təşəkkür edirəm ki, məni buraxdılar. Artıq özümü başqa komandada göstərməyin zamanı çatmışdı. Özüm də bir futbolçu kimi inkişaf etmək, ildən-ilə daha da arırmaq istəyirəm. Bundan əlavə, Roman Qriqorçukla çalışmağı da çox istəyirdim.

"Neftçi"də doğrudan da yaxşı illər keçirdim. Amma "Qəbələ"yə keçməsəydim, yenə də hansısa Avropa klubuna gedəcəkdim. Mənimlə Avstriya çempionatında çıxış edən "Şturm", eləcə də Xorvatiya klubu maraqlanırdı. "Neftçi" azarkeşlərinin mənə qarşı kin saxlamağını istəməzdim. Mənim niyə getdiyimi anlayacağınızı düşünürəm. 18 qol vurdum, amma mənim əziyyətimə qiymət verməyən insanlar vardı. Artıq başqa zamandır. Bir daha çox sağ olun".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.