31 avqust 2016 20:00
Millimiz Kəpəzə qalib gəldi
Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilədən istifadə edən “Kəpəz” bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Gəncə təmsilçisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda Farer adaları ilə qarşılaşmaya hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb.
Bakı Olimpiya stadionunun ehtiyat meydançasında baş tutan görüş millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
