31 avqust 2016 16:40
Millinin mətbuat üçün açıq məşqi olacaq
Sentyabrın 1-də, saat 19:45-də, “Dalğa Arena”da Azərbaycan milli komandasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, həmçinin baş məşqçinin və bir neçə futbolçunun iştirakı ilə brifinq də təşkil olunacaq.
Mətbuat nümayəndələrini “Dalğa Arena”ya aparacaq nəqliyyat vasitəsi saat 18:30-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
