30 avqust 2016 18:00
"Qarabağın Dalğa Arenada oynamasına UEFA istisna hal kimi razılıq verə bilər"
"Dalğa Arena"nın rəsmilərindən Kamran Vəliyev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ı ilə ev oyununu bu stadionda keçirmək perspektivindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən gün AFFA İcraiyyə Komitəsinin iclasından sonra Qurban Qurbanov stadionumuza gəldi, buradakı şəraitlə tanış oldu. Amma heç bir qərar qəbul olunmadı. Çünki buna dair icazəni UEFA verəcək. Avropa Liqasının qrup mərhələsinin oyunları yalnız dördüncü kateqoriyaya aid stadionlarda keçirilə bilər. Bizim arenamız isə üçüncü kateqoriyaya aiddir. "Qarabağ"ın burada oyun keçirməsi üçün yalnız UEFA istisna hal kimi razılıq verə bilər".
