30 avqust 2016 16:45

Qəbələ UEFA Gənclər Liqasında Dinamoya rəqib oldu

Bu gün UEFA Gənclər Liqasında 2016-2017-ci illər mövsümünün “Çempionlar yolu”nun ilk iki mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, yarışda ilk dəfə çıxış edəcək “Qəbələ”nin U-19 komandasının da rəqibi müəyyənləşib.

“Qırmızı-qaralar” I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) klubu ilə qarşılaşacaq. Bu raundun ilk matçları sentyabrın 27-28-də, cavab oyunları oktyabrın 18-19-da baş tutacaq. “Qəbələ” ilk oyunu evdə keçirəcək.

Bu cütün qalibi II mərhələdə “Makkabi” (Hayfa, İsrail) - “Şaxtyor” (Belarus) duelinin güclüsü ilə üz-üzə gələcək. Pley-offa vəsiqələr uğrunda mübarizə aparacaq komandalar ilk oyununu noyabrın 1-2-də, cavab matçını 22-23-də keçirəcək. “Qırmızı-qaralar” II mərhələyə yüksəlsə, ilk görüşə qonaq kimi çıxacaq.

Xatırladaq ki, 2013-2014 mövsümündən keçirilən UEFA Gənclər Liqasının ilk iki turnirində yalnız əsas komandası UEFA Çempionlar Liqasında çıxış edən klubların U-19 komandaları mübarizə aparıb. Ötən mövsümdən etibarən isə yarış yeni formatda keçirilir. Əsas komandası UEFA Çempionlar Liqasında oynayan klubların U-19 kollektivləri 8 qrupda qüvvəsini sınayır. Qaliblər 1/8 finala, qrup ikinciləri pley-offa yüksəlir. Gənclər arasında çempionu qrupda mübarizə aparmayanlar arasında UEFA reytinqində ən yüksək 32 pilləni tutanların təmsilçiləri isə olimpiya sistemi ilə iki mərhələdə qüvvəsini sınayır. “Qəbələ”nin də çıxış etdiyi “Çempionlar yolu”nun 8 qalibi gələn il baş tutacaq pley-offda qrup ikinciləri ilə görüşəcək və 1/8 finalçıları müəyyənləşdirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.