30 avqust 2016 16:30

Ansi Aqolli: Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi

- "Qarabağ" bu il Çempionlar Liqasının qrup mərhələsinə düşməklə yeni tarix yazmaq istəsə də, yenə Avroliqanın qrupunda mübarizə aparmaq məcburiyyətində qaldı...
- Avropanın bütün klubları ÇL-də mübarizə aparmağı istəyir. Biz də bunu çox istəyirdik. Bunun üçün yaxşı şansımız da var idi. Amma Çexiya "Viktoriya"sı ilə oyunda bəxtimiz gətirmədi. Buna baxmayaraq, ardıcıl üçüncü il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağımıza şadam. Bu, həm bizim, həm də Azərbaycan futbolu üçün yaxşı nəticədir.

- İsveç "Qöteborq"una qarşı keçirdiyiniz pley-off oyunlarını necə şərh edərdiniz?
- Biz İsveçdə də yaxşı oynamışdıq. Amma öz gücümüzü, daha yaxşı oyunumuzu Bakıda göstərdik. Bunun da sayəsində böyük hesabla qalib gəldik.

- İlk qolu ev tapşırığı zamanı Rəşad Sadıqov vurdu. Ondan belə qol görmüşdünüz?
- Qol yaxşı idi, amma meydança yox. Belə meydanda oynamaq, qol vurmaq çətin idi. Bu qol bizim üçün çöx önəmlydi. Çünki ilk qoldan sonra komandamız daha yaxşı oynamağa başladı.

- Dani Kintananın vurduğu qoldan sonra sizi itələməsi geniş rezonansa səbəb oldu...
- O, həyəcanlı idi. Təzyiq da yüksək idi. Kintana ilə aramızda heç bir problem yoxdur. Biz qardaş kimiyik. Onun qol vurmasına mən də çox sevindim. Əminəm ki, o, bu mövsüm də "Qarabağ"da çoxlu qol vuracaq.

- Qrup mərhələsində "Fiorentina" (İtaliya), "Slovan" (Çexiya) və PAOK (Yunanıstan) ilə mübarizə aparacaqsınız. Siz də bu qrupda italyanları favorit hesab edirsiniz?
- Rəqiblərimizin hamısı yaxşı komandadır. "Fiorentina" Avropa futbolunda məşhur addır. Amma hər şeyə meydanda aydınlıq gələcək. Biz də uğur qazanmaq, azarkeşlərimizi, Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- Əvvəlki mövsümlərdə düşdüyünüz qruplarla müqayisədə, bu dəfəki rəqiblərinizi nisbətən zəif saymaq olar?
- Mən belə deməzdim. Belə turnirlərdə zəif rəqib, asan oyun olmur.

- İlk oyun Bakıda "Slovan"a qarşı olacaq. Rəqib barədə məlumatınız var?
- Xeyr. Bircə onu bilirəm ki, hazırda Çexiya klubları çox güclüdürlər.

- Çexlərlə görüş ya Olimpiya stadionunda, ya da "Dalğa Arena"da keçirilə bilər...
- Peşəkar futbolçuyuq, istənilən stadionda oynamağa hazırıq. Tofiq Bəhramov adına respublika stadionu hazırda yaxşı vəziyyətdə deyil. Biz ötürmələrdən çox istifadə edirik, yerlə oynayırıq. Buna görə də ot örtüyü yaxşı olan arenada oynamağımız daha yaxşı olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.