30 avqust 2016 15:30
Qəbələnin rəqibi iki futbolçu ilə vidalaşıb, ikisini transfer etdi
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - Belçikanın "Anderlext" klubu heyətinə iki yeni futbolçu qatıb. Azerisport.az xəbər verir ki, sözügedən klub 31 yaşlı tunisli hücumçu Hamdi Harbaui və 22 yaşlı belçikalı yarımmüdafiəçi Massimo Bruno ilə güclənib.
Əvəzində sözügedən klub italiyalı hücumçu Stefano Okaka və Denis Pratla yollarını ayırıb. Okaka İngiltərənin "Uotford" klubuna üz tutubsa, digər futbolçu İtaliyanın "Sampdoriya" komandasına transfer olunub.
