30 avqust 2016 14:40
Budaq Nəsirov ehtiyatda qaldı, Sportinq uduzdu
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Vizela" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Budaq bu dəfə də ehtiyatda qalıb.
Qeyd edək ki, 5 turdan sonra "Sportinq"in ikinci komandası 4 xalla 22 komanda arasında 20-ci pillədə qərarlaşıb.
