30 avqust 2016 14:00
Zirə Cavid Tağıyevlə müqavilə imzaladı
“Zirə”də transfer çalışmaları davam edir. Azerisport.az xəbər verir ki, qəsəbə təmsilçisi daha bir futbolçu ilə güclənib.
Yeni transfer Cavid Tağıyevdi. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Cavid Tovuzun “Rote Fahne” və “Turan” klubları ilə yanaşı, AZAL-ın da formasını geyinib. Futbolçu son mövsümü “Qarabağ”da keçirib. Tağıyev həmçinin, futbol üzrə milli komandamızın şərəfini qoruyub.
