30 avqust 2016 13:40
Zenyov: Bu mövsüm qrup mərhələsindəki rəqiblərimiz ötən ilkilərlə müqayisədə zəifdilər
"Qəbələ"nin hücumçusu Sergey Zenyov komandasının Avropa Liqasındak çıxışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, estoniyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Avroliqada özümüzü yaxşı tərəfdən göstərə bildik. Komandamız vacib oyunlarda qələbə qazandı, qrup mərhələsinə yüksələ bildik. Artıq Avroliqanın qrupunda çıxış edəcəyik. Rəqiblərimiz güclü komandalardır, amma ötən illə müqayisədə bu dəfə bir qədər zəifdilər. İstənilən halda hər birinə qarşı ciddi mübarizə aparacağıq".
