30 avqust 2016 13:20
Nelson Bonilya: Qayıtmaq imkanım olsa, Zirəyə dönərəm
"Zirə"nin sabiq hücumçusu Nelson Bonilya Portuqaliyanın "Nasional" klubundakı çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, yenidən Azərbaycana qayıtmaq variantına da toxunub:
"Yeni komandamda artıq iki oyun keçirmişəm. Burada mənim üçün hər şey yaxşıdır. Baxmayaraq ki, biz startdakı hər iki oyunda uduzmuşuq. "Zirə"nin çıxışını izləyirəm. Mövsümə pis başlamayıblar. Gizlətmirəm, qayıtmaq imkanım olsa, bunu edərəm. Çünki "Zirə" mənim üçün ikinci evim kimidir. Amma hazırda Portuqaliyada uğurlu çıxış etmək haqda düşüürəm və "Zirə"yə də uğurlar arzulayıram".
