30 avqust 2016 13:00
Rusiya klubu Emin Mahmudova olan borcuna görə cəzalandı
Rusiyanın "Mordoviya" klubuna yeni transferlərini qeydiyyatdan keçirmək qadağası qoyulub. Azerisport.az xbər verir ki, buna səbəb sözügedən klubun vaxtilə heyətində çıxış etmiş bir sıra futbolçuya olan borcunu qaytara bilməməsi səbəb olub.
Onların arasında Azərbaycan yığmasının yarımmdafiəçisi Emin Mahmudov da var. Amma sözügedən klubun futbolçumuza nə qədər borclu olduğu açıqlanmır.
Qeyd edək ki, Rusiya Futbol İttifaqı tərəfindən tətbiq olunan bu qadağa "Mordoviya"nın borcları ödəyəcəyi təqdirdə aradan qaldırıla bilər.
