30 avqust 2016 12:00

Vladimir Kufal: Qarabağla oyunlarda Viktoriyanın bəxti gətirdi

Çexiyanın "Slovan" klubunun müdafiəçisi Vladimir Kufalın azerisport.az saytına müsahibəsi

- Avropa Liqasının qrup mərhələsində İtaliyanın "Fiorentina", Yunanıstanın PAOK və Azərbaycanın "Qarabağ" klubları ilə mübarizə aparacaqsınız. Püşkü sizin üçün nə dərəcədə uğurlu saymaq olar?
- Maraqlı püşk oldu. Rəqiblərimizin hamısı maraqlı, eyni zamanda güclü komandadır. Amma düzünü deyim ki, mən "Mançester Yunayted"lə bir qrupa düşməyimizi istəyirdim. Başqa bir Britaniya təmsilçisinə də razı idim. Amma alınmadı. Qrupumuz nə qədər çətin olsa da, "Slovan" uğur qazana bilər.

- İlk matçınız Bakıda "Qarabağ"a qarşı olacaq...
- Bizim üçün ən çətin başlanğıc məhz "Qarabağ"la səfər oyunu ola bilərdi ki, elə də alındı. Azərbaycanın ən güclü klubuna qarşı oynayacağıq. Fikrimcə, bizi çətin matç gözləyir. Çünki Azərbaycanda hava da çox istidir. Bu, bizə problem yarada bilər.

- Ağdam klubu barədə ətraflı məlumat toplaya bilmisiniz?
- Əlbəttə. Hətta klubun adı ilə də bağlı məlumatım var. Burada siyasi amillərin də olduğunu bilirəm. Hətta buna görə komanda ev oyunlarını doğma şəhərdə yox, Bakıda keçirir. Bakını görmüşəm, gözəl və maraqlı şəhərdir. Buna görə də oraya gələcəyimiz günü səbrsizliklə gözləyirəm. Lakin onu da deyim ki, Azərbaycan Çexiyadan çox uzaqda olduğuna görə "Qarabağ"la bir qrupa düşməyimizi istəməzdim. Uzun yol bizi yoracaq. Amma belə "Qarabağ" çox maraqlı komandadır.

- "Qarabağ"ı qrupunuzun ən zəif bəndi hesab etmirsiniz ki?
- "Slovan" üçün çox çətin rəqibdir. Çünki klubun yaxşı maliyyə imkanı var. "Qarabağ"ın sürətli və texnikalı oyunçuları var. Bilirəm ki, bu komandanın ev oyunlarında güclü azarkeş dəstəyi də olur. Bakıda rəqiblər "Qarabağ"ın qapısına qol vurmaqda çətinlik çəkirlər.

- Ağdamlıların heyətində hansı futbolçunu xüsusi qeyd edə bilərsiniz?
- Azərbaycan futbolu barədə ətraflı məlumatım yoxdur. Sadəcə, onu bilirəm ki, son illərdə futbolunuz inkişafdadır. Azərbaycan klubları artıq Avropa Liqasının qrup mərhələssində oynamağa başlayıblar. Bu, inkişafın göstəricisidir. "Qarabağ"ı isə daha çox tanıyıram. Riçard Almeyda, Dani Kintana, Reynaldonun adını çəkə bilərəm. Onlar istənilən rəqib üçün təhlükəli futbolçudur.

- "Qarabağ" ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində məhz Çexiyanın təmsil edən "Viktoriya" ilə qarşılaşdı. Oyuna görə daha üstün olsa da, bu ölkənin çempionunu keçə bilmədi. Həmin oyunlara baxmısınız?
- Bəli, baxdım. "Qarabağ" hər iki oyunda güclü olan tərəf idi. Sadəcə, "Viktoriya" səfər qolu sayəsində sevindi. Fikrimcə, Çexiya çempionunun bəxti gətirdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.