Əfran İsmayılov: Qarabağ bu mövsüm yeni tarix yazmalıdır
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının qrup mərhələsində uğur qazanmaq şanslarından danışıb. İtaliyanın "Fiorentina", Yunanıstanın PAOK, Çexiyanın "Slovan" klubu ilə mübarizə aparacaq Ağdam təmsilçisinin üzvü azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Avropa Liqasında zəif rəqib olmur. Rəqiblərimizin hamısı güclü komandadır. Amma biz bu dəfə daha yüksək hədəflər uğrunda mübarizə aparacağıq. Əvvəlki illərdə şansımızı əldən versək də, bu il qrupdan çıxmağa çalışacağıq. İlk oyunu hansı komandaya qarşı keçirəcəyimiz önəmli deyil, əsas qələbə qazanmqdır. Onsuz da bütün rəqiblərlə qarşılaşacağıq. Bu üzdən də təqvimə xüsusi fikir verməyə dəymə. Əsas hədəf bütün oyunlardan qələbə ilə ayrılmaqdır. Bu mövsüm yeni tarix yazmaq lazımdır".
