30 avqust 2016 10:30
Azərbaycan yığması DÇ öncəsi yoxlama matçı keçirəcək
Futzal üzrə Azərbaycan yığması sentyabrın 10-da Kolumbiyada start götürəcək dünya çempionatına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, artıq komandamızın mundiala yollanacağı tarix də müəyyənləşib.
Belə ki, millimiz sentyabrın 7-də Madridə, oradan da Kolumbiyaya yola düşəcək.
Futzalçılarımız səfər ərəfəsində yoxlama oyununda da qüvvələrini sınayacaqlar. Klublarımızda çıxış edən oyunçulardan ibarət komanda ilə görüş sentyabrın 4 və ya 5-də baş tutacaq.
