30 avqust 2016 01:00

Millimizin üzvləri son turda

Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki ilk oyununa - San Marino ilə səfər görüşünə 6 gün qalır. Azerisport.az xəbər verir ki, Ruslan Abışovla Bədavi Hüseynov zədələnərək düşərgəni tərk etdiyinə görə, hazırda komandamız qarşıdakı görüşə 23 futbolçu ilə hazırlaşır.

Ənənəmizə sadiq qalaraq, yığma üzvlərinin öz klublarının heyətindəki son oyunlarında hansı göstəricilərlə yadda qaldığını diqqətə çatdırmaq istərdik:

Qapıçılar
Səlahət Ağayev "İnter"in "Kəpəz"lə ev oyununda 90 dəqiqə oynayıb, iki qol buraxıb.

Anar Nəzirov da "Zirə"nin AZAL üzərində 3:1 hesablı qələbəyə sevindiyi görüşdə 90 dəqiqə meydanda olub.

Kamran Ağayev isə hələ də "Sumqayıt"da debüt etməyib.

Müdafiəçilər
Tərlan Quliyev "İnter"in "Kəpəz"lə oyununu ehtiyat oyunçular skamyasından izləyib.

Rəşad Sadıqovla Maksim Medvedev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç "Qöteborq"u ilə görüşdə (3:0) 90 dəqiqə meydanda olublar. Arif Daşdəmirov isə bu oyunu kənardan izləyib. Sadıqov bu oyunda qol da vurub, Medvedev isə sarı vərəqə ilə cəzalanıb.

Pavel Paşayev Ukrayna çempionatının 6-cı turunda Donetsk "Şaxtyor"una qarşı 90 dəqiqə keçirib, komandası 0:1 hesabıyla uduzub.

Məhəmməd Mirzəbəyov Avroliqanın pley-off mərhələsində Sloveniya "Maribor"una 0:1 hesabıyla uduzduqları görüşdə 90 dəqiqə oynayıb.

Yarımmüdafiəçilər
Qara Qarayev də "Qarabağ"ın "Qöteborq"la oyununda meydanda idi. Rahid Əmirquliyev 88-ci dəqiqədə meydana daxil olubsa, Əfran İsmayılov matçı ehtiyatda izləyib.

Elvin Məmmədov "Zirə"nin AZAL üzərində qələbəsinə penaltidən vurduğu qolla töhfə verib.

Dmitri Nazarov Almaniyanın "Ersgebirge" (Aue) klubunun ikinci bundesliqanın 3-cü turu çərçivəsində "Qroyter"ə qarşı oyununda start heyətdə meydana çıxsa da, 59-cu dəqiqədə əvəzlənib.

Rəhman Hacıyev "Neftçi"nin "Qarabağ"a uduzduğu oyunda (0:3) 90, Araz Abdullayev isə 64 dəqiqə meydanda olub.

Eddi İsrafilov İspaniya ikinci liqasında "Kadis"in heyətində debüt matçını keçirib. O, "Malyorka" ilə görüşdə (1:1) 76-cı dəqiqədə meydana çıxmaq şans idi.

Emin Mahmudov Portuqaliya "Boavişta"sında hələ debüt edə bilməyib.

Hücumçular
Ağabala Ramazanov "İnter"in "Kəpəz"lə oyununda 90 dəqiqə oynayıb, sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Ruslan Qurbanov "Neftçi"nin "Qarabağ"a qarşı oyununda 90 dəqiqə meydanda olsa da, komandasını böyük hesablı məğlubiyytdən xilas edə bilməyib.

Namiq Ələsgərov "Qarabağ"ın "Qöteborq"la oyununda son dəqiqələrdə meydana çıxsa da, Mahir Mədətovun adı görüşün iştirak ərizəsində yer almayıb. Amma Mahir son olaraq "Neftçi" ilə görüşdə 60 dəqiqə meydanda olub və qol da vurub.

Ramil Şeydayev də Emin Mahmudov kimi, yeni klubunda - Türiyənin "Trabzonspor" komandasında hələ rəsmi matça çıxmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.