29 avqust 2016 21:00

Rövnəq Abdullayev: Əsas hədəf AÇ-2020-də iştirak etməkdir

Bu gün baş tutan İcraiyyə Komitəsinin növbəti iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

- İlk növbədə dünya çempionatına yollanan futzalçılarımızla görüşdük. Futzalda bir sıra uğurlarımız var. Yığmamız üçün əsas hədəf qrupdan çıxmaqdır. Bundan əlavə, bugünlərdə Avroliqanın Promofinalında uğurlu çıxış edən çimərlik futbolu üzrə yığma komandamızla bağlı müzakirələr aparıldı. Danışılmış oyunlarla əlaqədar müzakirələr apardıq, razılaşma imzaladıq. Hər kəsi bizə qoşulmağa çağırıram. Çünki bu, bütövlükdə dünya futbolunda böyük problem hesab olunur.

- Mətbuatın yazdığına görə, sizin "Bakı"nın prezidenti Hafiz Məmmədovla görüşünüz olub...
- Belə bir görüş olmayıb. "Bakı" Azərbaycan futbolunda böyük iz qoyub. Ötən il FİFA onların 15 xalını sildi, qoyduqları bütün tələblərin yerinə yetirilməsini istədi. Klub birinci divizionda oynasaydı, buna görə FİFA qarşısında cavab verməli olacaqdıq.

Bizim əsas problemimiz sponsorlarla bağlıdır. Bir-iki il sponsorluq edib, klubu atırlar. Biz futbolun inkişaf fondu yaratmışıq. Kasıb klublara kömək etməyə çalışırıq. AFFA-nın belə işlərlə məşğul olması düzgün deyil. Bundan sonra bu işləri həmin Fond həyata keçirəcək. Futbola sponsorluq etmək istəyən hər kəs bu Fonda pul yatıra bilər. Amma sponsorlar komandanı götürən kimi Premyer Liqada oynamaq, uğur qazanmaq istəyirlər, özlərini reklam edirlər. Bunu arzulayan varsa, lisenziya almalı, bütün prosedurlardan keçməlidir.

SOCAR – "Neftçi"nin sponsorudur, amma klubu idarə etmir. Biz bu komandanın işlərinə qarışmırıq. Premyer Liqada klubların sayının azalması təbii ki, mənfi haldır. Amma bu, lazım idi.

- San Marino ilə seçmə mərhələ oyunundan nə gözləyirsiniz?
- Yığmaya uğurlar arzulayırıq. Seçmə mərhələyə qələbə ilə başlamağımızı istəyirik. Amma asan olmayacağını da bilirik. Bizim əsas hədəfimiz AÇ-2020-yə vəsiqə qazanmaqdır.

- "Neftçi"nin indiki durumu barədə fikirləriniz maraqlıdır...
- "Neftçi"ni bu duruma Müşahidə Şurası salmayıb. Klubların uğursuz çıxışı barədə mənim danışmağım düzgün olmaz. Mənim dövrümdə Qurban Qurbanovla komanda bir-iki oyunda uduzan kimi, onun istefası tələb olunmağa başladı. Məşqçilərə şans vermək lazımdır. Bizim azarkeşlərlə də bağlı problem var. Hətta deyərdim ki, əsas problemdir. Camaat çempionat oyunlarına gəlmir. Hətta "Bakcell Arena" da dolmur. Klublar bu yöndə iş aparmalıdırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.