29 avqust 2016 17:40
Ayaksın kapitanı: Şadam ki, Azərbaycana getməyəcəyik
Hollandiyanın "Ayaks" klubunun kapitanı Devi Klasen Avropa Liqasının qrup mərhələsində Azərbaycan və Qazaxıstan klubları ilə bir qrupa düşməmələrinə sevindiyini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Şadam ki, Qazaxıstan və Azərbaycana getməli olmayacağıq. Bu, təkcə futbolçular üçün yox, azarkeşlərimiz üçün də müsbət haldır. Belə uzaq ölkələrə səfərlər çox vaxt alır".
Qeyd edək ki, "Ayaks" qrup mərhələsində Belçika "Standard"ı, İspaniya "Selta"sı və Yunanıstan "Panatinaikos"u ilə qarşılaşacaq.
