29 avqust 2016 17:00
Qarabağın sabiq hücumçusu Hollandiya klubunda
"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, isveçli hüumçu Hollandiyanın "Herakles" klubuna keçib.
Bu barədə Hollandiya klubu rəsmi məlumat yayıb.
Qeyd edək ki, Armenteros 2009-13-cü illərdə də sözügedən komandanın şərəfini qoruyub.
