29 avqust 2016 15:00
Qarabağın rəqibi Sevilyanın futbolçusu ilə gücləndi
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliyanın "Fiorentina" klubu heyətinə yeni futbolçu qatıb. Azerisport.az xəbər verir ki, sözügedən klub İspaniya "Sevilya"sında top qovan Sebastyan Kristoforo ilə güclənib.
O, cari mövsümün sonunadək icarə əsasında İtaliyada top qovacaq. Uruqvaylı futbolçu artıq yeni klubunda tibbi baxışdan da keçib və müqaviləyə imza atıb.
