29 avqust 2016 14:40

Ramil Şeydayev: San Marino kimi rəqiblərə qalib gəlməyə borcluyuq

Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Trabzonspor" klubunun hücumçusu Ramil Şeydayevina zerisport.az saytına müsahibəsi

- Azərbaycan yığmasına dəvət almağınız sizin üçün sürpriz olmadı?
- FİFA-nın Azərbaycan yığmasında oynayacağıma razılıq verəcəyini gözləyirdim. Ona görə də bu qərar məni təəccübləndirmədi. Çünki mən Rusiyanın əsas yığmasında forma geyinməmişdim.

- Millimizdə necə qarşılandınız?
- Yaxşı, hətta deyərdim ki, əla. Mənim həm yığmada, həm də klubda komanda yoldaşlarım baxımından bəxtim gətirib.

- Sizcə, Ramil Şeydayevlə Emin Mahmudov Azərbaycan yığmasını nə dərəcədə gücləndirə biləcək?
- Fikrimcə, bunu qarşıdakı seçmə mərhələdə görə biləcəksiniz.

- Qarşıda San Marino ilə oyun var. Şanslar barədə nə düşünürsünüz?
- Fikrimcə, sualı düzgün qoymadınız (gülür). Soruşmaq lazım idi ki, San Marinonun şansları necədir? (gülür). Fikrimcə, daha üst səviyyəyə çıxmaq, qarşıya qoyulan hədəflərə çatmaq üçün belə rəqibləri məğlub etməyə borcluyuq.

- Yəqin ki, növbəti mundialın Rusiyada keçirilməsi sizin üçün əlavə stimul olacaq...
- Dünya çempionatına vəsiqə qazanmaq təkcə mənim yox, bütövlükdə, Azərbaycan yığması üçün stimuldur. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, 100 faiz gücümüzü meydanda qoymağa çalışacağıq.
 
- Azərbaycan yığmasını seçməyinizə Rusiyada necə reaksiya verdilər?
- Kimlərsə dəstəklədi, kimlərsə tənqid etdi. Amma bu, mənim qərarımdır.

- Emin Mahmudov deyir ki, Azərbaycan dilində danışa bilir, hətta himni də öyrənib. Bəs sizdə bu baxımdan vəziyyət necədir?
- Məndə bir az pisdir (gülür). Amma öyrənməyə çalışıram.

- Sosial şəbəkələrdə yayılan şəkillərinizin birində ləzginka oynadığınız diqqət çəkirdi. Belə demək olar ki, "Trabzonspor"a tez uyğunlaşdınız?
- Bəli, elədir. Amma bu, həm də oradakı kollektivin xidmətidir. Uşaqlar mənə çox kömək etdilər.

- "Trabzonspor"da hələ rəsmi debütünüz baş tutmayıb...
- Ümid edirəm ki, tezliklə o da baş tutar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.