29 avqust 2016 13:30
Şehiç Estoniya ilə oyuna dəvət aldı
Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Mehmed Bajdareviçin dəvət göndərdiyi futbolçular arasında "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də var.
Qeyd edək ki, Bosniya-Herseqovina yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Estoniya ilə oyuna hazırlaşır. Şehiçin komandası bu rəqibi ilə sentyabrın 6-da üz-üzə gələcək.
