28 avqust 2016 13:30

“Əminəm ki, Azər Əliyev Azərbaycan millisinin aparıcı üzvlərindən biri olacaq”

Rusiyanın "Yenisey" klubunun futbolçusu Azər Əliyevin keçmiş meneceri, hazırda "Ximki"nin baş direktoru olan Tajutdin Kaçukayev bu yarımmüdafiəçinin karyerasını Azərbaycanda davam etdirmək perspektivindən söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Azər Əliyev güclü futbolçudur. Onun aı ÇSKA, "Lokomotiv", "Anji" kimi klublarla yanaşı çəkilir. AFFA rəsmiləri, şəxsən Riad Rəfiyev (AFFA-nın seleksioneri) son üç ildə dəfələrlə bu futbolçuya görə mənimlə əlaqə yaradıblar, onu yığmada görmək istədiklərini söyləyiblər. AFFA rəsmiləri Azərin tarixi vətənində oynamalarını istəyirlər.

Yığmanın baş məşqçisi Robert Prosineçki bu il köməkçisi Elxan Abdullayevi "Yenisey"in oyununa yollamışdı. Biz Moskvada görüşdük, Azərin gələcək karyerası ilə bağlı müzakirələr apardıq.

Əliyev oyundan-oyuna daha da inkişaf edir. O, Rusiyanın gənclərdən ibarət yığmasında oynayacağına ümid bəsləyirdi. 2015-ci ildə "Yenisey"ə Omari Tetradze rəhbərlik edirdi. O, bu futbolçuda böyük potensial olduğunu bildirirdi. Təsadüfi deyil ki, Rusiya birinci liqasının birinci dövrəsindən sonra ən yaxşı oyunçuların reytinqində Azər ikinci sırada qərarlaşmışdı. Amma ona yenə də yığmadan dəvət gəlmədi. Fikrimcə, Nikolay Pisarevin rəhbərlik etdiyi məşqçilər korpusu ona qarşı düzgün mövqe nümayiş etdirmədilər.

Yayda biz Rusiya Premyer Liqasında çıxış edən klublarla danışıq apardıq. Amma futbolçunu buraxmaq üçün çoxlu transfer məbləği tələb olunurdu. Həm də klub rəhbərliyi onu başqa variantlara baxmamağa inandırdılar. Halbuki, hazırda onu hazırda oynatmırlar. Mənim fikrimcə, Andrey Tixonov onu əsas heyətdə görməməklə səhv edir. Bunu "Yenisey"in turnir cədvəlindəki mövqeyi də təsdiqləyir.

Hazırda Əliyevin menecerliyini öz atası edir. Bildiyimə görə, onun həm ailəsi, həm də atası futbolçunun Azərbaycan çempionatında oynamasına, milliyə dəvət almasına razıdır. Əminəm ki, Əliyev Azərbaycan yığmasının aparıcı futbolçularından biri olacaq, Qarayevin, Hüseynovun, Şeydayevin, Mahmudovun yanında öz potensialını aça biləcək.

Mən də Azərə öz futbol xoşbəxtliyini Bakıda tapmağı arzulayıram. O, hər şeydən öncə özünü sübut etməlidir. İkinci növbədə isə rusiyalı mütəxəssislərə. O, Rusiya Premyer Liqasında oynamağa layiq olduğunu isbatlamalıdır".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.