28 avqust 2016 00:05

Qəbələnin tarixi nailiyyəti UEFA tərəfindən qeydə aldı

UEFA Avropa Liqasının qrup mərhələsinin rekordları açıqlanıb. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu 2009-2010-cu ildən indiki formatda keçirilən turnirin qrup mərhələsində müxtəlif göstəricilərdə fərqlənənlərin siyahısını tərtib edib.

UEFA-nın rəsmi saytında dərc olunan məlumatda arxada qalan son 7 mövsüm, həmçinin 2016-2017 mövsümündə qrupda mübarizə aparacaq klublarla bağlı faktlar əksini tapıb.

“Qəbələ”nin I təsnifat mərhələsindən mübarizəyə başlayıb, qrupa qədər irəliləməsi də UEFA-nın diqqətindən yayınmayıb. Rəsmi sayt 2009-cu ildən indiyədək bu yolu qət edən bütün klubların siyahısını açıqlayıb. “Qəbələ” cari mövsüm bunu bacaran iki komandadan biri kimi tarixə düşüb. “Qırmızı-qaralar” turnirin tarixində 8-ci belə uğurun müəllifi olub. Belə ki, 2009-cu ildən indiyədək yalnız 8 dəfə bir klubun 4 mərhələ keçib, qrupa yüksəlib. Ötən mövsümdə də eyni nailiyyətə imza atan Roman Qriqorçukun yetirmələri 2 dəfə 4 mərhələ keçməklə Norveçin “Rusenborq” klubuna məxsus rekordu da təkrarlayıb. Skandinaviyalılar 2012-2013 və 2015-2016 mövsümlərində I təsnifat mərhələsindən qrupa qədər irəliləyib. Lakin “Qəbələ”ni Tronheym təmsilçisindən fərqləndirən odur ki, “qırmızı-qaralar” ardıcıl 2 mövsüm belə yol qət edib.

Bu iki klubdan başqa, İngiltərə “Fulhem”i (2011-2012), Hollandiya “Tvente”si (2012-2013), Norveç “Tromse”si (2013-2014) və İsrailin Təl-Əviv “Makkabi”si (2016-2017) 4 mərhələ adlayıb.

Xatırladaq ki, “Qəbələ” ötən mövsümdə “Dinamo” Gürcüstan (1:2, 2:0), “Çukariçki” Serbiya (0:1, 2:0), “Apollon” Kipr (1:1, 1:0), “Panatinaikos” Yunanıstan (0:0, 2:2), cari mövsümdə isə “Samtredia” Gürcüstan (5:1, 1:2), MTK Macarıstan (2:1, 2:0), “Lill” Fransa (1:1, 1:0) və “Maribor” Sloveniya (3:1, 0:1) ilə oyunlardan sonra mərhələ adlayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.