26 avqust 2016 19:40
Azərbaycanın 3 yığması Moldova millisi ilə bacarmadı
Bu gün Kişinyov şəhərində 17, 19 və 21 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının üzvlərindən təşkil olunmuş komanda ilə qadınlardan ibarət Moldova yığması arasında yoxlama oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə Moldova yığmasının xeyrinə başa çatıb.
