26 avqust 2016 19:00

Qarabağla Qəbələ 3 milyon avrodan çox gəlir əldə edəcək

Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"la "Qəbələ"nin nə qədər qazanacağı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu iki klub təkcə qrup mərhələsinə çıxmağın sayəsində UEFA-dan 2,6 milyon avro gəlir götürəcək.

Amma onların bu məbləği artırmaq şansı da var. Məsələn, qrup mərhələsində hər qələbə klublarımıza əlavə 360 min, heç-heçə 120 min avro qazandıracaq.

Daha böyük uğurlar qazanacaqları halda, "Qarabağ"la "Qəbələ"nin öz büdcəsini bir qədər də artırmaq imkanı var:

Qrup qalibi olacaq komanda əlavə 600 min avro qazanacaq
Qrup ikincisi olacaq komanda 300 min avro qazanacaq
1/16 finalın hər iştirakçısı 500 min avro qazanacaq
1/8 finalın hər iştirakçısı 750 min avro qazanacaq
1/4 finalın hər iştirakçısı 1 milyon avro qazanacaq
1/2 finalın hər iştirakçısı 1,6 milyon avro qazanacaq
Finalda qalib gələcək komanda 6,5, finalda uduzan isə 3,5 milyon avro qazanacaq.

"Qəbələ" və "Qarabağ" avrokuboklardakı indiyə qədər keçirdikləri oyunlara görə də gəlir əldə edib. Məsələn, "Qəbələ" təsnifat mərhələsindəki çıxışına görə 675 000 avro qabağa düşüb. "Qarabağ" ÇL-dən gəldiyinə görə, 740 000 avro alacaq.

Bütövlükdə, "Qəbələ" UEFA-dan 3 275 000 avro, "Qarabağ" isə 3 340 000 avro alacaq.

"Neftçi" və "Kəpəz" isə Avroliqanın ilk iki raundundakı çıxışına görə 440 avro qazana bilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.