26 avqust 2016 17:30

Roman Qriqorçuk: Qrupdan çıxmaq şansımız var

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi

- Avroliqanın qrup mərhələsində "Anderlext" (Belçika), "Sent Etyen" (Fransa) və "Maynts" (Almaniya) ilə qarşılaşacaqsınız. Püşkün nəticəsi sizi qane etdi?
- Püşkü sifariş etmək mümkün deyi. Necə varsa, elə də qəbul etmək lazımdır. Biz də hər şeyi sakit qarşıladıq. Avropa Liqasının əsas mərhələsində mübarizə aparacağımız üçün sevincliyik. Rəqiblərimizin də hamısına hörmətlə yanaşırıq. Burada da layiqli çıxış etməyə çalışacağıq.

- Razısınız ki, püşk sizə daha güclü rəqibləri çıxara bilərdi?
- Bəli, daha çətin qrupda da yer ala bilərdik. Amma biz top klub deyilik və buna görə açıqlamalarımızda ehtiyatlı olmalıyıq. İstənilən rəqib bizim üçün çətindir. Lakin bir daha qeyd edirəm ki, ardıcıl ikinci mövsümdə qrup mərhələsinə vəsiqə qazanmağımız bizim üçün qürurvericidir.

- Bu rəqiblərdən hansına qarşı oynamaq daha maraqlı olacaq?
- Hansınısa fərqləndirmək istəməzdim. Bütün rəqiblərimiz güclüdür, adlı-sanlı komadadır. Artıq onlar haqda ətraflı məlumat toplamağa çalışacağıq.

- Bu qrupu ötən mövsümdəkindən daha yaxşı saymaq olar?
- Həmin qrupdakından asan olacağını düşünmürəm. Amma bu qrupdan çıxmaq şansımız var. Dəqiq neçə faiz olduğunu deyə bilmərəm. Lakin azacıq da olsa, şans varsa, bundan istifadə etməliyik.

- Bəs "Qarabağ"ın qrupu barədə nə düşünürsünüz?
- Onlar kiminlə düşüb ki? Mən indi Ukraynadayam və özümüzün də kimlərlə qarşılaşacağımızı yenicə öyrənmişəm.

- "Fiorentina", PAOK və "Slovan"la...
- Əla (gülür). Ötən mövsüm biz PAOK-la oynamışdıq. Bizə onların keçmiş rəqibləri düşüb, onlara da bizim (gülür). Bəs "Mançester Yunayted" hansı klublarla düşüb?

- Onlar A qrupunda "Fənərbaxça", "Feyenoord" və "Zarya" ilə qarşılaşacaqlar...
- (gülür) "Zarya"nın baş məşqçisi onlarla oynamağımızı istəyirdi. Mən də "Zarya" ilə bir qrupda oynamağımızı istərdim. MY və "Fənərbaxça"ya qarşı oynamaq maraqlı olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.