26 avqust 2016 14:00

Qara Qarayev: İstərdik ki, ÇL-in qrupunda oynayaq, amma Avroliqa da yaxşıdır

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveç "Qöteborq"una qarşı keçirdikləri cavab oyunundan (3:0, ilk oyun 0:1) sonra azerisport.az saytının da suallarını cavablandırıb:

- Oyunla bağlı nə deyərdiniz?
- Öncədən üzr istəyirəm ki, soyuqlamışam və çox danışa bilməyəcəyəm. Qazona görə çətin şərtlər altında oynadıq. Buna baxmayaraq, əsl komanda kimi mübarizə apardıq. Düşündüklərimizi həyata keçirdik. Üçüncü qoldan sonra artıq cütün taleyinə aydınlıq gəlmişdi. Bu oyun karyeramdakı ən vacib görüşlərdən biri oldu. Ola bilsin ki, bir də belə bir şans ələ düşməyəcək.

- Komanda yoldaşlarınız arasında ən yaxşı kimi hesab edirsiniz?
- Bu gün meydanda zəif futbolçu yox idi.

- "Qarabağ" ardıcıl üçüncü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı...
- Şadam ki, mən də karyeramda üçüncü dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansı qazanıram. Bu, tarixi hadisədir. Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirdik. Amma Avroliqada oynamaq da yaxşıdır.

- Bu dəfəki uğurunuzu səciyyələndirən nədi?
- Bu mövsüm bəxtimiz gətirmirdi. Adətən, biz prinsipial oyunlarda son anda vacib qollar vururduq, qələbə qazanırdıq. Amma bu mövsüm hər şey əksinə idi. Şadam ki, "Qöteborq"la oyunda hər şey xeyrimizə oldu.

- Mətbuatın təzyiqi hiss olunurdu?
- Bəli, mətbuatın təzyiqi hiss olunurdu. Amma biz bundan faydalandıq. Bu, bizi daha da motivasiya edirdi.

- Avroliqanın qrupunda ÇL səviyyəli klublar - "Mançester Yunayted", "Fənərbaxça", "Roma" da var. Onlardan hansına qarşı oynamaq istərdiniz?
- Türkiyə klubu ilə. "Fənərbaxça"nın Azərbaycanda çoxlu azarkeşi var. İstərdim ki, görüm bizimlə qarşılaşanda azarkeşlər hansı komandaya azarkeşlik edəcəklər (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.