26 avqust 2016 11:15

Nika Kvekveskiri: Mərhələ keçəcəyimizə inanırdıq

UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub. Sloveniyada keçirilən cavab oyununda “Maribor”a 0:1 hesabı ilə uduzan “Qəbələ” iki oyunun ümumi nəticəsində rəqibini mübarizədən kənarlaşdıraraq, ardıcıl ikinci dəfə qrup mərhələsinə yüksəlib. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın gürcüstanlı yarımmüdafiəçisi Nika Kvekveskiri matç haqda fikirlərini klub saytına açıqlayıb:

“Oyun gözlədiyimiz kimi çətin alındı. Çünki “Maribor” çox savadlı, yaxşı təlim keçmiş komandadır. Onların vacib beynəlxalq qarşılaşmalarda böyük təcrübəsi var. Bilirdik ki, onlar belə güclü oynayacaq və buna hazır idik. Amma qarşılaşmanın sonluğu çox çətin alındı. Buna səbəb azlıqda qalmağımız idi. Matçın sonunadək mübarizə apardıq. Bütün komandaya, Teo Uiksə görə meydan sahiblərinin təzyiqinə davam gətirdik və xeyrimizə olan nəticəni qoruya bildik. Azlıqda qalandan sonra da bir-birimizi ruhlandırırdıq. Meydanda daha çox hərəkət etməyə, mübarizə aparmağa da hazır idik ki, rəqibin say üstünlüyü hiss olunmasın. Həmin anlarda da mərhələ keçəcəyimizə inanırdıq. Çünki baş məşqçimiz bizə hər vəziyyətdə necə mübarizə aparmalı olmaqla bağlı tapşırıqlarını vermişdi. Hər duruma hazır idik. Hətta azlıqda qalacağımız halda da nə edəcəyimizi bilirdik. Çox sevinirəm ki, qrup mərhələsinə vəsiqə qazandıq. “Qəbələ” ardıcıl ikinci dəfə bunu bacardı ki, belə nəticə də böyük nailiyyətdir. Sabahkı püşkü gözləyirik. Rəqiblərimizin kimliyi bilinəcək. Qrupda itiriləsi bir şey yoxdur. Artıq öz işimizi gördük. Çalışacağıq ki, öz futbolumuzu oynayaq və qrupdan çıxmaq üçün də mübarizə aparaq. “Qarabağ”ı da qrupa düşməsi münasibətilə təbrik edirəm. İki komandanın ardıcıl iki il Avropa Liqasının qrupunda oynaması Azərbaycan futbolu üçün böyük uğurdur”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.