26 avqust 2016 01:30

Roman Qriqorçuk: Qrup mərhələsində də nəticə qazanmaq istəyirik

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Maribor” (Sloveniya) – “Qəbələ” qarşılaşmasından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Azerisport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Matça psixoloji, emosional hazırlıq baxımından böyük iş görmüşdük. İlk yarıda bu mənada hər şeyin alındığını deyə bilmərəm. Oyunçular bir az gərgin olduğundan bizə xas olmayan xətalar buraxırdıq. Fasilədə də bu emosional gərginliyi aradan qaldırmağa çalışdıq. Bu da bizə daha yaradıcı oynamaq, topa nəzarət imkanı verdi. Qarşılaşmanın sonunda emosiyalarımı saxlamağa, təmkinli olmağa çalışırdım. Oyunu diqqətlə izləyirdim ki, nəyi dəyişmək lazım olduğunu görüm. “Maribor”la qarşılaşmaya tam konsentrasiya olmuşduq. Matçın gedişində lazım olan müdaxiləni etməyə hazır idik.

Ötən mövsümdə də, indi də yayda heyəti yeniləyib, oyun quruculuğu üzərində işləyib, nəticə də qazandıq. Bu iki komanda arasında fərq görmürəm, onları sevir, hörmət edirəm. Bu iki illə fəxr edir, oyunçularıma təşəkkür edirəm. Qarşıda bizi qrup mərhələsi gözləyir. Təkmilləşməkdə davam edəcək, inkişafa çalışacağıq. Nəticə qazanmaq istəyirik. Qrup mərhələsi üçün qlobal vəzifəmiz olmayacaq. Avropa Liqasında ilk oyunu gözləyirik. Bu görüşdə qalib gəlmək, yaxşı futbol göstərmək niyyətindəyik.

Transfer pəncərəsinin sonuna qədər 5 gün vaxtımız var. Komandamıza bir hücumçu və bir universal oyunçu lazımdır. Filip Ozobiçin fərqlənməsinin qarşısının alınmasına gəlincə, qapı istiqamətində güclü zərbə endirilirsə və top kimdənsə dönürsə, bunu birinin bəxtinin gətirməsi, digərində isə gətirməməsi ilə izah etmək olar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.