25 avqust 2016 22:20

Qarabağ ardıcıl 3-cü mövsüm Avroliqanın qrup mərhələsində!

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb.

Ağdam klubu Bakıda İsveç “Qöteborq”u ilə münasibətlərinə aydınlıq gətirib.

Səfərdə keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası mərhələni keçmək üçün mütləq ən azı iki top fərqi ilə qalib gəlməliydi. Ağdam təmsilçisi rəqibini 3 cavabsız qolla darmadağın edərək, ardıcıl üçüncü mövsüm Avroliqanın qrup mərhələsində oynamaq şansı qazanıb.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu

25 avqust

"Qarabağ" - "Qöteborq" - 3:0 (2:0)
Qollar: R.Sadıqov, 19 (1:0). M.Muarem, 26 (2:0). D.Kintana, 51 (3:0).
Sarı vərəqə: S.Eriksson, 9. M.Medvedev, 62. R.Sadıqov, 90+3.
İlk oyun - 0:1.
Hakimlər: Vladislav Bezborodov, Valeri Dançenko, Maksim Qavrilin, Kiril Levnikov (hamısı Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Reynaldo (17. Namiq Ələsgərov, 90), 10. Muarem Muarem (6. Dino Ndlovu, 83), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda (15. Rahid Əmirquliyev, 88), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.
Baş məşqçi: Qurban Qurbanov.
"Qöteborq": 1. Con Alvboqe, 2. Emil Salomonsson, 3. Skott Ceymison, 6. Sebastyan Eriksson (11. Martin Smedberq, 83), 7. Mads Albek, 8. Soren Riks, 9. Yakop Ankersen, 10. Tobias Hyusen (13. Elias Omarsson, 72), 16. Mikael Boman (24. Tom Petterson, 72), 28. Tomas Ronye, 30. Matias Byarsmyur.
Ehtiyat oyunçular: 12. Pontus Dalberq, 14. Yallmar Yonsson, 18. Lauson Sabah, 27. Billi Nordström.
Baş məşqçi: Yorgen Lennartsson.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.