24 avqust 2016 11:30

Roman Qriqorçuk: İndiki halda sıx qrafiklə oynamaq bizə çox çətindir

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi

- Premyer Liqanın 3-cü turunda "Sumqayıt"la matçınızın təxirə salınmasının sizə faydası olacaq?
- Belə deyək: bu, bizim Avropa Liqasının cavab pley-off matçına hazırlığımızı yüngülləşdirdi. Komanda ötən mövsümlə müqayisədə çox yenilənib. Amma hələ istədiyimiz kimi komplektləşməyib. Belə olan halda sıx qrafiklə oynamaq çox çətindir. Ona görə də "Sumqayıt"la matçın təxirə salınması işimizi asanlaşdırdı.

- Komandanızda itki yoxdur?
- Gözləyirik və ümid edirik, hətta Allaha yalvarırıq ki, Rəşad Sadiqov cavab matçına hazır olsun. Bizim üçün hər bir futbolçu önəmlidir. Rəşad da hiss olunan itkidir. Qalan digər oyunçuların hamısı sıradadır.

- Sloveniya "Maribor"u ilə ilk oyundan sonra təriflədiyiniz Vitali Vernidub cavab matçında da meydanda olacaq?
- Rəşadla Vitalini müqayisə etmək olmaz. Meydanın mərkəzində oynatmağa başqa variantlarımız da var. Ona görə də hər bir futbolçuya yer tapmaq mümkündür.

- "Maribor"dan cavab görüşündə daha güclü oyun gözləmək olar?
- Fikrimcə, hə. "Maribor"un ev oyunlarında hansı atmosferin yaşandığını görmüşəm. Azarkeşləri çox güclü dəstək verirlər. Amma mən bunu həlledici amil hesab etmirəm. Ümid edirəm ki, biz cavab görüşündə daha yaxşı, səhvsiz çıxış edəcəyik.

- Rəqibiniz Sloveniya çempionatının son turlarında da uğursuz çıxış edir. Komandanı sərgilədiyi oyuna görə çox tənqid edirlər, baş məşqçinin isə qovulmaq ehtimalı var...
- Aydındır. Rəqib barədə informasiya çatdırdığınız üçün minnətdaram (gülür). Amma bütün bunlar bizim cavab görüşünə olan münasibətimizə heç bir təsir göstərə bilməz.

- Millinin baş məşqçisi Robert Prosineçki "Qəbələ"ni artıq Avroliqanın qrup mərhələsində gördüyünü deyib...
- Milli komandanın baş məşqçisinin dediklərinə qiymət verməyə, onu müzakirə etməyə hazırlaşmıram. Hər kəsin fikir söyləmək haqqı var. Prosineçki tanınmış insandı, güclü mütəxəssisdir. Amma mən belə xoş sözləri, təbrikləri bir kənara qoyub, öz işimi görürəm, bunun komandama təsir göstərməməsinə çalışıram. Şükürlər olsun ki, komandam da hər şeyi doğru qiymətləndirir.

- Azərbaycan yığmasına "Qəbələ"dən cəmi bir futbolçunun dəvət alması nədənsə xəbər vermir?
- Belə qərarları heç vaxt müzakirə etmirəm. Bütün həmkarlarıma hörmətlə yanaşıram. Mənim borcum bütün futbolçularımı hazırlıqlı vəziyyətdə saxlamaqdır. Qalan qərarları milli komandaların baş məşqçiləri qəbul edirlər. Heç kimə nəyisə məsləhət görmək fikrim yoxdur. Amma soruşsalar, müzakirə aparmağımız mümkündür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.