23 avqust 2016 18:00

Gerhard Prqoni: Zirənin çempion olması çox çətin görünür

"Zirə"nin albaniyalı yarımmüdafiəçisi Gerhard Proqni Premyer Liqanın 3-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (3:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- "Zirə" AZAL-a 3, siz 2 qol vurdunuz...
- Maraqlı matç alındı. Yaxşı futbol oynadıq.

- "Zirə" mövsümün ilk asan qələbəsini qazandı...
- Sizinlə razılaşmıram. Hər komandaya çətin olur. Bizim üçün də hər bir matç finala bərabərdir. Çünki hər qələbə 3 xal qazandırır. Rəqiblərimiz də bizə qarşı 100 faiz güclə mübarizə aparırlar.

- "Neftçi" və AZAL-a qalib gələn "Zirə" ilk turda "Sumqayıt"a niyə uduzmuşdu?
- Biz həmin matçda da çox yaxşı oynamışdıq. Amma futbolda bəzən bəxt gətirmir. Həmin oyunda da bəxtsizliklə üzləşdik. Həm də mən də daxil olmaqla komandada yeni futbolçular var. Bizə bir qədər vaxt lazımdır.

- Ötən mövsüm "Zirə" gümüş medal qazandı. Bu mövsüm çempion olmağınız nə dərəcədə realdır?
- Buna nail olmaq çox çətin görünür. Amma ən azından son mövsümdəki uğuru təkrarlaya bilərik.

- Bəs Premyer Liqada kimi favorit görürsünüz?
- "Qarabağ"la "Qəbələ" çox güclü təsir bağışlayır. Amma unutmayaq ki, futbol sürprizlərlə zəngin oyundur. Ola bilər ki, hansısa başqa komanda sürprizə imza atsın, çempion olsun.

- Albaniya çempionatı daha güclüdür, Azərbaycan Premyer Liqası?
- Bunu deyə bilmərəm. Amma mən Azərbaycan Premyer Liqasında özümü çox yaxşı hiss edirəm. Güclü çempionatdır.

- Azərbaycanda oynamış ən güclü albaniyalı futbolçu hansıdır?
- Ən yaxşısı Ansi Aqollidir. O, artıq bir neçə ildir həm "Qarabağ"da, həm də yığmamızda sabit oyun sərgiləyir.

- Onunla Bakıda görüşürsünüz?
- Əlbəttə, görüşürük, söhbətləşirik.

- "Zirə"nin süni örtükdə oynaması sizin üçün problem yaratmır?
- Düzünü desəm, süni qazon hər bir futbolçu üçün problemdir.

- Burada "Şkenderbeu"dakından daha çox qazanırsınız?
- Gəlin bu barədə danışmayaq (gülür). "Şkenderbeu" Albaniyada ən güclü klublardan biridir. Onlar ötən mövsüm ÇL-in qrup mərhələsində oynayıblar. Sadəcə, mənim ailəm, rəfiqəm Albaniyadan kənara çıxmağımı istəyirdi. Buna görə də Azərbaycana gəldim. Burada da özümü çox yaxşı hiss edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.