23 avqust 2016 12:00

Məhəmməd Mirzəbəyov: Qarabağın ilk oyunda uduzduğunu eşidəndə çox məyus oldum

"Qəbələ"nin yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi

- Qarşıda sizi Sloveniya "Maribor"u ilə Avroliqanın cavab pley-off matçı gözləyir. Sizə elə gəlmir ki, cavab görüşündə ilk oyunda əldən qaçırdığınız qol epizodlarına görə təəssüf hissi keçirə bilərsiniz?
- İstənilən halda cavab matçına ciddi hazırlaşmalıyıq. Bizi ən vacib, ən çətin oyun gözləyir. Layiqli oyun göstərməliyik ki, heç nəyə görə təəssüflənməyək. Hər şeyin yaxşı olacağına ümidliyəm.

- İlk oyunda istədiyiniz nəticəni qazana bildiniz?
- Bəli, baş məşqçinin tapşırıqlarını eyrinə bildik. Fikrimcə, heç də pis alınmadı.

- "Qəbələ" ilk dəqiqələrdən hücumda olduğu halda niyə qapısında qol gördü?
- Qolu öz diqqətsizliyimiz ucbatından buraxdıq.

- Rəqib hesabı açanda nə düşündünüz?
- Biz bu oyundan öncə də, matçın gedişində də ancaq qələbə barədə düşünürdük. Hesabı xeyrimizə dəyişəcəyimizə inanırdıq. Buna da nail olduq.

- 3:1 hesabı "Qəbələ"nin mərhələ adlaması üçün yetərli ola bilər?
- İstənilən hesablı qələbə bizim xeyrimizədir. Amma sakitləşmək olmaz. "Maribor"a qarşı Sloveniyada oynamaq çətin olacaq.

- Rəşad Sadiqovsuz çətin deyildi?
- Şübhəsiz ki, Rəşad kimi liderin olmaması özünü dərhal göstərir. Allah eləsin ki, tezliklə sağalsın və bizə kömək etsin.

- "Maribor"la oyunun gözləniləndən asan keçəcəyini gözləyirdiniz?
- Gəlin tələsməyək. "Maribor" çox güclü komandadır. Sadəcə, biz ikinci hissədə çox aqressiv oynadığımız üçün qələbə qazandıq.

- Avroliqadakı digər təmsilçimiz "Qarabağ"ın İsveç "Qöteborq"una uduzacağını gözləyirdiniz?
- Oyundan sonra "Qarabağ"ın uduzduğunu eşidib çox məyus oldum. Amma cavab oyununda ağdamlı qardaşlarımızın qələbəsi üçün dua edəcəyik. Ümid edirəm ki, onlar Avroliqanın qrup mərhələsinə vəsiqə əldə edəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.