22 avqust 2016 16:00
Neftçi Vəli Qasımovu istefaya göndərmək istəmir
Yaxın günlərdə "Neftçi"nin Müşahidə Şurasının yeni iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasda komandanın cari mövsümdəki çıxışı müzakirə olunacaq, bir sıra qərarlar qəbul olunacaq.
Böyük ehtimalla futbolçulara cərimə tətbiq olunacaq. Amma rəhbərlik baş məşqçi Vəli Qasımovu istefaya göndərməyə hazırlaşmır. Sadəcə, ona xəbərdarlıq olunacaq. Çünki komanda son iki oyunda çox zəif çıxış edir.
