22 avqust 2016 15:00

İnterdə son 100 gün: arena ilə bağlı ciddi dəyişiklik olacaq

2016-ci ilin üçüncü rübü ərzində “İnter” Peşəkar İdman Klubunda görülmüş və planlaşdırılmış işlər barədə hesabat açıqlanıb. Azerisport.az sizi həmin hesabatla tanış edir:

Stadion üzrə:

1. Stadionda yeni təhlükəsizlik xidməti təsis olunub və təhlükəsizlik xidməti Avropa standartlarına uyğun təşkil edilib.

2.Stadionda səsləndirmə Avropa standartlarına uyğun tam yenilənib.

3. Skybokslar müasir dövrün tələblərinə uyğun təmir olunub.

4. Stadionun 3-cü meydançasında əsaslı təmir işləri həyata keçirilir. 3 ayrı-ayrı fəaliyyət göstərəcək üstüörtülü məşq meydançaları hazırlanır. Bu, uşaq-yeniyetmə futbolçuların soyuq aylarda tamdəyərli məşq prosesində iştirak etmələrinə imkan verəcək. “Yuventus” Futbol Akademiyasının təlim-məşq prosesləri məhz bu meydançalarda aparılacaq.

5.Stadionun 3-cü meydançasının geyinib-soyunma otaqları əsaslı təmir olunub.

6. Stadionda reklam banerlərin yerləşdirilməsi istiqamətində potensial sponsorlarla danışıqlar aparılır.

7. Stadionda yeni bilet satışı sisteminin yaradılması istiqamətində işlər həyata keçirilir.

8. "İnter" FK-nın ev oyunları zamanı azarkeşlər arasında həvəsləndirici uduşların keçirilməsi planlaşdırılır.

9. Növbəti il əsas meydançanın süni ot örtüyünün təbii ot örtüyü ilə əvəz edilməsi planlaşdırılır.

Şəxsi heyət üzrə:

10. "İnter" Peşəkar İdman Klubunun Nizamnaməsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti Yohan Engbrexti “İnter” PİK-in Müşahidə Şurasının sədri vəzifəsinə təyin edib. Avropa futbol təlim-tədris prosesinə yaxından bələd olan cənab Engbrextin məşqçilik lisenziyası da var.

11. Əsas komandanın idarəçiliyində təmsil olunan üç nəfər şəxsi layihələrinin olması səbəbi ilə klubu tərk edib.

12. Klubun Uşaq-Gənclər Futbol Akademiyasının məşqçilər korpusunda aparılan dəyişikliklər yekunlaşmaq üzrədir və yeni məşqçilər korpusu "Yuventus" Futbol Akademiyasının təlim-məşq prosesində iştirak edəcəklər.

13. Klubun Uşaq-Gənclər Futbol Akademiyasında təlim-məşq prosesi Almaniya tədris sisteminə uyğun təşkil ediləcək.

14. Klubun inzibati heyətində yaxın zamanlarda böyük dəyişiklik gözlənilmir.

Yuventus Bakı Akademiyası üzrə:

15. "İnter" PİK-in baş sponsoru olan Azərbaycan Beynəlxalq Bankı Azərbaycan futbolunun inkişafında maraqlıdır və bank dünyanın ən məşhur futbol klublarından "Yuventus" klubu ilə əməkdaşlığa başlayıb. İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk növbədə, “İnter Arena”nın bazasında "Yuventus” Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və “İnter” Peşəkar İdman Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.