22 avqust 2016 12:00
Qarabağ - Qöteborq matçının biletləri satışda!
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 25-də İsveçin “Qöteborq” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, qarşılaşmanın biletləri bu gün saat 11:00-dan etibarən Respublika stadionunun kassalarında satışa çıxarılıb.
Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir.
1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN
6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN
11-18 nömrəli sektorlar - 5AZN
VİP - 30 AZN
Qeyd edək ki, "Qarabağ" - "Qöteborq" matçı avqustun 25-də keçiriləcək və saat 20:30-da start götürəcək. Tərəflər arasındakı ilk oyun ağdamlıların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
