22 avqust 2016 11:40

Jayro: Hər şeyin yaxşı olacağına inanıram

"Neftçi"nin müdafiəçisi Jayro Premyer Liqanın 3-cü turu çərçivəsində "Qarabağ"a uduzduqları (0:3) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox çətin oyun oldu. Amma belə olacağını bilirdik. "Qarabağ"ın gücünü qəbul etmək lazımdır. Bu oyun bir daha göstərdi ki, bundan da çox çalışmalıyıq. Çünki növbəti oyunlarda yaxşı çıxış etmək istəyirik.

- Razısınız ki, siz bu gün "Qarabağ"ın qələbəsinə xüsusi "töhfə" verdiniz?
- Bəli, elə alındı. Özünüz də gördünüz ki, uğursuz mövqedə idim. Elə alındı ki, top mənə toxunub qapıya getdi. Buna görə bütün komanda üzvlərindən və azarkeşlərimizdən üzr istəyirəm. Söz verirəm ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyəm.

- Belə oyunla cari mövsümdə nəyə ümid edirsiniz?
- Biz çalışırıq. Buna görə əlimizi yanımıza salmamalıyıq. Daha çox çalışmalıyıq ki, uğur qazanaq.

- Çıxış yolunu nədə görürsünüz?
- Mən ancaq özüm haqda danışa bilərəm. Komandamızın baş məşqçisi var. Nəyi necə edəcəyimizi o söyləyəcək. Bizə ancaq çalışmaq qalır.

- Yeni transferlərdən də heç bir fayda yoxdur...
- Ayrıca hansısa futbolçu barədə danışmağım düzgün olmaz. Sadəcə, onu deyərdim ki, iki futbolçumuz cəmi bir həftədir bizimlədir. Həm də udanda da, uduzanda da buna komanda şəklində imza atırıq. Ola bilsin ki, hələ bütün futbolçular tam uyğunlaşmayıb. Amma hər şeyin yaxşı olacağına inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.