22 avqust 2016 01:20
Qəbələnin rəqibi yenə məğlub oldu
Futbol üzrə Sloveniya çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"nin rəqibi olan "Maribor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Aluminij"lə qarşılaşıb. Oyun "Qəbələ"nin rəqibinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Qəbələ" ilə "Maribor" arasındakı cavab oyunu avqustun 25-də Sloveniyada keçiriləcək. Bakıdakı ilk görüşdə təmsilçimiz 3:1 hesabıyla qalib gəlmişdi.
