22 avqust 2016 01:10
Qarabağın rəqibi Bakıya səfər öncəsi uduzdu
İsveç çempionatında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Qöteborq" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Hammarbü" ilə qarşılaşıb. Oyun ağdamlıların rəqibinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ"ın rəqibi 32 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.
