22 avqust 2016 01:00
Millimizin üzvü Super Liqada ilk matçdan məyus ayrıldı
Türkiyə Super Liqasında 1-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Akhisar"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Ufuk start heyətdə çıxdığı qarşılaşmada sonadək meydanda olub.
