22 avqust 2016 00:50
Paşayev oynadı, komandası 1 xal qazandı
Futbol üzrə Ukrayna çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Vorskla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
Paşayev start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 5 turdan sonra 5 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.
