22 avqust 2016 00:20
Erat oynamadı, komandası kubokda mübarizəni startdaca dayandırdı
Futbol üzrə Almaniya Kubokunda birinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da ilk kubok matçına çıxıb.
Sözügedən komanda "Yunion Berlin"lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 1:2. Nəticədə, "Duysburq" kubokda mübarizəni startdaca dayandırmalı olub.
Erat bu görüşün iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.
