22 avqust 2016 00:05

Prosineçki: İnanıram ki, Qarabağ Qöteborqu keçəcək

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilmiş "Qarabağ" - "Neftçi" oyunundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Gördüklərinizdən razı qaldınız?
- "Qarabağ" özünü yaxşı tərəfdən göstərməklə qalib gəldi. "Neftçi" isə zəif oynadı.

- Razısınız ki, "Neftçi" hər mövsüm daha da zəifləyir, "Qarabağ" isə sabit çıxış edir?
- "Neftçi"dən hamımız daha yaxşısını gözləyirik, amma bunu görə bilmirik. İndi bu komanda öz imkanlarından aşağı çıxış edir. "Qarabağ"a gəlincə, bu komanda Çexiya "Viktoriya"sını keçə bilməsə də, Çempionlar Liqasının pley-off mərhələsində oynamağa layiq idi. Çox təəssüf ki, "Qarabağ" səfərdə İsveç "Qöteborq"una uduzdu. Halbuki, bu oyunda da çox yaxşı təsir bağışladılar. İnanıram ki, "Qarabağ" bu komandanı keçib, Avropa Liqasının qrup mərhələsində oynaya biləcək. Ümumiyyətlə, "Qarabağ" son illərdə sabit çıxış edirlər, Azərbaycanda ən güclüdürlər. "Qəbələ" də yaxşı çıxış edir, Sloveniya "Maribor"una da qarşı yaxşı oynadılar. Onların yeni transferləri də çox yaxşıdır.

- "Əlincə Arena" ilk dəfə deyil çempionat matçını qəbul edir. Yığmamızın da burada oynaması mümkündür?
- Mən burada bir neçə dəfə olmuşam. Arena xoşuma gəlir. Amma belə məsələlərə AFFA rəhbərliyi qərar verir.

- Ramil Şeydayev, Emin Mahmudov və Dəniz Yılmaz Azərbaycan yığmasında oynaya biləcək?
- Ramilin hələ 19 yaşı var. O, Rusiyanın müxtəlif aşağı yaş qrupları üzrə komandasında çıxış edib. İndi "Trabzonspor"da oynayır. O, milliyə lazımlı futbolçudur. Yılmaza gəlincə, AFFA onunla üç ildir danışıq aparır. Onun Azərbaycanla bağlılığı da var.

- Şeydayevlə Mahmudov San Marino ilə seçmə mərhələ oyununda meydanda olacaq?
- Bəli, onları toplanışa dəvət edəcəyəm.

- Bəs qarşıdakı oyundan nə gözləyirsiniz?
- Bircə onu deyə bilərəm ki, San Marinoya qələbə dalınca gedəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.