21 avqust 2016 22:40
Vəli Qasımov: Komandada problem çoxdur
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Uşaqların çoxu bu gün zəif çıxış etdi. Rəqib ikinci heyətlə oynamasına baxmayaraq, yenə də bizdən üstün idilər. Düzdü, ikinci hissədə bir qədər yaxşı təsir bağışladıq. Amma göründüyü kimi, bu, yetərli olmadı. Komandada problem çoxdur. Bəzi futbolçular ona görə start heyətdə yer almırlar ki, meydanda məşqçilər korpusunun bütün tapşırıqlarını yerinə yetirmirlər. Bütövlükdə, pis oynadıq. Hücumçular da bacardıqlarını etdilər. Amma özlərini göstərə bilmədilər".
