Marko Şuler: Sloveniyada Qəbələyə qalib gəlməyə çalışacağıq
Sloveniyanın "Maribor" klubunun müdafiəçisi Marko Şuler Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Oyuna pis başlamamışdıq. Əlbəttə, meydan sahiblərinin hücumda daha fəal olacağını bilirdik. Çünki onlar doğma meydanda qələbə qazanmaq istəyirdilər. Biz isə müdafiədən oynamağa çalışırdıq. Prinsipcə, yaxşı müdafiə olunduq, qol da vurduq. Ola bilsin ki, həmin qoldan sonra müdafiəyə çox çəkilməli deyildik. Amma "Qəbələ"nin hücumları daha kəskin xarakter alırdısa, nə etmək olardı? Fasilədən sonra nə baş verdiyini biz özümüz də anlamadıq. Hər şey bir andaca dəyişdi. Halbuki, biz ələ düşən şanslardan daha yaxşı yararlana bilsəydik, hər şey fərqli də ola bilərdi. Alınmadı. Bakıdakı matçın nəticəsinə baxmayaraq, Sloveniyada ancaq qələbəyə oynayacağıq. Nə qədər çətin olsa da, buna nail olmağa çalışacağıq".
